Azerbaijan National Committee of International Council of Museums 

Beynəlxalq Muzeylər Şurasının   Azərbaycan Milli Komitəsi
   Ədəbiyyat wə teatr-musiqi muzeyləri  
   Məhəmməd Füzuli adına Əlyazmalar institutu
  Ünvan: Bakı, AZ1001, istiqlaliyyət küç., 8                                                          Telefon: (99412) 492 83 33                                                                                   Fax: (99412) 492 31 97
  İş vaxtı: 10-dan - 16-dək, I-V günlər                                                   Mənsubiyyəti: Azərbaycan Milli Elmlər Akademiyası                                       Yaranma tarixi: 1950-ci il

Qısa məlumat: Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar institutu nəfis əlyazma kitablarından, tarixi-arxeoqrafik sənədlərdən, litoqrafiya və əski çap kitablarından, XIX-XX əsrin I yarısında yaşayıb-yaratmış Azərbaycan mədəniyyət xadimlərinin şəxsi arxivlərindən, köhnə dövri mətbuat və başqa materiallardan ibarət zəngin bir kolleksiyaya malikdir. Burada saxlanılan əsasən ərəb, fars və türk dillərində yazılmış əlyazmalar orta əsrlərdəki şərq elminin ən müxtəlif sahələrini əhatə edir. Hazırda institutda 6 elmi-tədqiqat şöbəsi və bir laboratoriya, sərgi zalı, kənar oxucular üçün qiraət zalı fəaliyyət göstərir. Ən qədim əlyazma Quranın miladı IX əsrdə perqament üzərində yazılmış Nisa surəsindən bir parçadır. Şərqin böyük alim və mütəfəkkirlərinin orta əsrlərin elm və mədəniyyət tarixinə aid, ədəbi-bədii, filoloji, fəlsəfi, tarixi, tibbi, astronomik, riyazi, dini və s. əsərləri institutun kolleksiyasında təmsil olunmuşdur.

 

 

 

 
Azerbaijan National Committee of ICOM 1993-2006  All right reserved  Disign by Azerbaijan Republic