|
Ədəbiyyat wə teatr-musiqi muzeyləri
|
|
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, I-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1967-ci il
Filiallar: Xalq çalğı alətləri daimi sərgisi (Zərgərpalan
küç., 119); Niyazinin xatirə-
muzeyi (Bülbül prospekti, 21, mən. 24); Vaqif
Mustafazadənin xatirə muzeyi
(V.Mustafazadə küç. 4, içəri şəhər) |
Qısa məlumat: Eksponatlardan Azərbaycan milli
musiqi alətləri olan tar, kamança, saz, dəf,
qoşanağara, zurna, ney, eləcə də digər musiqi
alətləri - əsa-tar, əsa-saz, habelə qramofonlar,
patefonlar, qramofon valları, Azərbaycan
professional musiqi sənətinin banisi Üzeyir
Hacıbəyovun, Azərbaycan professional vokal
sənətinin banisi Bülbülün, görkəmli
bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun
müəllif not əlyazmaları, musiqi xadimlərinin
şəxsi əşyaları, afişalar, proqramlar,
fotoşəkillər, təsviri incəsənət nümunələri, not,
kitab və s. görmək olar. Bu eksponatları muzeyin
əsas binasında və onun 3 filialında görmək olar.
Muzeyin əsas binasında yerləşən daimi
ekspozisiya qədim dövrlərdən başlayan, orta
əsrlərdən, yeni dövrdən keçən və bu günə çatan
Azərbaycan musiqi tarixindən söhbət açır.
Muzeyin filiallarından olan "Xalq Çalğı
Alətlərinin daimi sərgisi" öz rəngarəngliyi ilə
ifaçılıq sənəti haqqında məlumatları
tamaşaçıların nəzərinə çatdırır.
Niyazinin xatirə-muzeyi bu dahi bəstəkar və
dirijorun (1912-1984-cü illər) xatirəsinə həsr
edilib. Mənzilin bəzi otaqları maestronun
sağlığında olduğu kimi saxlanılıb, yəni 1958-ci
ildən onun vəfatına qədər. Eləcədə Vaqif
Mustafazadənin (1940-1978Cİ illər) xatirə-muzeyi
öz musiqisində Amerikan cazının, Azərbaycan
muğamının və Avropa pianoçuluq ənənələrinin
sintezini istedadla yaradan dahi musiqiçinin
həyat və yaradıcılığını əksetdirir.
Muzeyin nəzdində 14 nəfərdən ibarət olan Qədim
milli musiqi alətləri ansamblı fəaliyyət
göstərir. Ansamblın bənzərsiz cəhəti ondadır ki,
musiqiçilər orta əsrlərdə istifadə olunmuş,
tədricən unudulmuş və sonradan bərpa olunmuş
musiqi alətlərində XIV əsr musiqisini, həmçinin
Azərbaycan xalq mahnılarını ifa edirlər. Böyük
səy və ustalıqla yaradılmış çəng, bərbət, rud,
çəqanə, səntur, setar, Şirvan tənburu, rübab
kimi musiqi alətlərini yalnız Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında
görmək mümkündür.
|