|
Ədəbiyyat wə teatr-musiqi muzeyləri
|
|
Cəfər Cabbarlı adına
Azərbaycan Dövlət Teatr Muzeyi |
| |
Ünvan: Bakı, AZ1000, Neftçilər prospekti, 123a
Telefon:
(99412) 493 40 98 |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, II-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1934-cü il |
Qısa məlumat: Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyi Azərbaycan peşəkar teatr
tarixinin bir əsrdən artıq dövrünü özündə əks
etdirir.
Burada toplanan nadir eksponatlar sayəsində
milli teatrın yaranma tarixi, təşəkkül dövrü,
müxtəlif inkişaf mərhələləri, Azərbaycan
mədəniyyəti tarixində misilsiz xidmətləri olan
maarifçi və ziyalılar, teatr korifeyləri,
sənətkarlar haqqında tam məlumat almaq mümkündür.
Bu materiallar müxtəlif janrlı ilk teatr
tamaşalarının proqram və afişalardan,
dramaturqlar, aktyor və rejissorlara məxsus
əlyazmalardan, məktublardan, rol dəftərlərindən,
foto və neqativlərdən, geyim və dekorasiya
eskizlərindən, tamaşalarm müxtəlif pərdələri
üçün verilmiş səhnə tərtibatlarının
maketlərindən, şəxsi əşya və rekvizitlərdən,
teatr kostyumlarından, obrazlara düzəldilmiş
kuklalardan və s. ibarətdir. Muzeydə qorunan
eksponatların əksəriyyəti orijinaldır və onların
bir qismi xronoloji ardıcıllıqla muzeyin 7
zaldan ibarət ekspozisiyasında sərgilənir.
1873-cü ildə Mirzə Fətəli Axundovun «Lənkəran
xanının vəziri» komediyası əsasında oynanılmış
ilk teatr tamaşasının afişası, ilk teatr
truppasmın 1888-ci ilə aid foto-şəkli, 1926-cı
ildə Şərq üslubunda oynanılmış «Hamlet»
tamaşasınm kinolenti, Şərq aləmində 1908-ci ildə
ilk opera «l_eyli və Məcnun»un premyera-proqramı
muzeyin ən qədim eksponatlarındandır. Dini adət
və ənənələrdən, el-oba şənliklərində rast
gəlinən teart elementlərini əks etdirən rəsmlər,
XIX əsrin əvvəllərində Avropa tipli
peşəkar teatrm yaranmasmda və inkişafmda ilk
cığırları açan sənət fədailərinə aid materiallar,
həmin dövrün teatr həyatını əks etdirən ipək
üzlü yastıq və parçalar üzərində yazılmış
proqramlar, ilk Şərq konsertində çalınmış musiqi
alətləri böyük maraq doğurur. Muzeyə gələn
seyrçilərə milli teatr sənətinin sorağmı
Azərbaycanın hüdudlarından kənara çıxaraq bir
çox sənətkarlardan geniş söhbət açılır. XIX
əsrin ortalarında əsərləri Fransa və Almaniyada
nəşr olunan, Yaxın Şərqdə və Zaqafqaziyada
dramaturgiyanın banisi sayılan Mirzə Fətəli
Axundova, öz acı taleyi və sənət fədəkarlığı
baxımından dünya teatrlarına örnək ola biləcək
Hüseyn Ərəblinskiyə, müsəlman aləmində opera və
operetta janrının əsasını qoymuş dünya şöhrətli
bəstəkar Üzeyir Hacıbəyova, italiyada musiqi
təhsili almış ilk professional opera müğənnisi
Bülbülə, Şövkət Məmmədovaya həsr olunmuş güşələr
də Azərbaycan teatr sənətinin inkişaf prosesində
Şərq və Qərb mədəniyyətinin sintezini
görüktdürür.
Muzeyin sərgi zalında müntəzəm olaraq müxtəlif
mövzularda sərgilər qurulur ki, burada şəxsi
kolleksiyalar, fondlarda saxlanılan nadir
eksponatlar - foto-şəkillər, proqramlar,
dekorasiya eskizləri və s. nümayiş etdirilir,
qüdrətli sənətkarlara tez-tez xatirə gecələri
keçirilir, onların sənət yolundan bəhs edən
mühazirələr oxunur.
Muzeydə qorunan eksponatlar bir çox elmi
əsərlərin, oçerklərin, monoqrafiyalarm
tədqiqində, milli, rus və Qərbi Avropa
dramaturgiyasının, balet musiqisinin Azərbaycan
səhnəsində bədii həllinin öyrənilməsi baxımından
olduqca gərəklidir.
|