|
Ədəbiyyat wə teatr-musiqi muzeyləri
|
|
Nizami Gəncəvi adına
Azərbaycan Ədəbiyyatı Muzeyi |
| |
Ünvan: Bakı, AZ1005, istiqlaliyyət küç., 53
Telefon:
(99412) 49218 64, 492 04 49, 492 74 03 |
| |
İş vaxtı: 11°°-dən - 17°°-dək, I-VI günlər
Mənsubiyyəti: Azərbaycan Milli Elmlər Akademiyası
Yaranma tarixi: 1945-ci il
Filiallar: S.Yeseninin xatirə ev-muzeyi (Mərdəkan,
S.Yesenin küç., 89); Xurşud-banu
Natəvan adına Qarabağ filialı (Şuşa şəhəri, Aslan
Qaraşarov küç. 1) |
Qısa məlumat: Hal-hazırda muzey Azərbaycanın
mənəvi mədəniyyətinin ən iri və zəngin
xəzinələrindən birinə çevrilmişdir. Muzeyin
ekspozisiyası qədim zamanlardan müasir dövrə
kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol
haqqında məlumat verir. Muzeyin zallarında
qiymətli eksponatlar, Azərbaycan və Şərq
şairləri, filoloq və alimlərinin nadir
əlyazmaları, məşhur xəttatların yazı nümunələri,
klassiklərin əsərlərinə çəkilmiş miniatürlər,
illüstrasiyalar, çap kitabları, qəzet və
jurnallar, müasir Azərbaycan yazıçılarmm
əsərləri, təsviri sənət əsərləri və sənədli
fotoşəkillər, şəxsi xatirə əşyaları, xalq
yaradıcılığı nümunələri, Azərbaycan ərazisindən
tapılmış və müxtəlif dövrlərə aid sikkələrin
kolleksiyası, bədii xalçalar, saxsı və bürünc
qablar, digər maddi mədəniyyət abidələri nümayiş
etdirilir. Muzey ekspozisiyasında
tarixi-xronoloji prinsip əsas götürülmüşdür.
Muzeyin Xurşud banu Natəvan adına Qarabağ
filialı 1992-ci ildən etibarən, Şuşanın
işğalından sonra öz fəaliyyətini dayandırmışdır.
|