|
Müxtəlif profilli muzeylər və təşkilatlar
|
|
"Seyx Səfi" Məhdud
Məsuliyyətli Cəmiyyət |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, I-VI günlər
Mənsubiyyəti: Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyi
tərəfindən təsis edilmişdir.
Yaranma tarixi: 2003-cü il |
Qısa məlumat:
Cəmiyyət Respublika qanunvericiliyi ilə qadağan
olunmayan hər növ təsərrüfat fəaliyyəti ilə
məşğul olur. Cəmiyyətin təşkil edilməsində
məqsəd Azərbaycan xalqının milli mədəniyyətinin
inkişaf etdirilməsinə yardım göstərməkdir. O,
aparıçı yaradıcılıq və ictimai təşkilatları ilə
milli mədəniyyətin inkişafı tendensiyalarının
analizi, onların inkişaf etdirilməsi
konsepsiyaları sahəsində məqsədyönlü və ardıcıl
iş aparır. Azərbaycan Respublikasının, habelə
xarici ölkələrin fiziki və hüquqi şəxsləri üçün
xalça və xalça məmulatları, xalq tətbiqi sənəti
və s. incəsənət nümunələrinin milli dəyərinin
müəyyənləşdirilməsi, xüsusi bədii ekspertiza
keçirilməsi və mühafizə şəhadətnaməsi verilməsi
üçün ekspert komissiyasının işini təşkil edir,
metodiki məsləhətçi ekspert yardımı və
vasitəçilik xidməti göstərir, müsabiqə, hərrac,
folklor bayramlarını, xeyriyyəçilik aksiyalarını,
lotoreya və digər biletlərin satışını,
respublikada və beynəlxalq miqyasda sərgilərin
keçirilməsini təşkil edir, kataloq, bukletlər və
s. poliqrafiya məhsullarını dərc edir, fiziki və
hüquqi şəxslərə elmi-texniki, layihə, servis,
müxtəlif növ mehmanxana, restoran, muzeylər və
s. haqqında informasiya, marketinq, nəqliyyat,
məsləhət xidmətləri göstərir. Respublikada
turizmin, o cümlədən beynəlxalq muzey turizminin
həyata keçirilməsini, Azərbaycanm sənətkarlıq
bölgələrinə səyahətləri, maraqlı ekskursiyaları
və s. təşkil edir. Muzey proqramları üzrə
dərnəklərin təşkilinə və yaradıcılıq
emalatxanalarının yaradılmasına yardım edir.
|