|
Müxtəlif profilli muzeylər və təşkilatlar
|
|
Beynəlxalq Muzeylər Surasmın (İKOM)
Azərbaycan Milli Komitəsi |
| |
Ünvan: Bakı, AZ1000, Neftçilər prospekti, 123a
Telefon:
(99412) 493 66 85, 493 05 01
Faks: (99412) 493 05 01 |
| |
İş vaxtı: 9°°-dan - 18°°-dək, I-V günlər
Mənsubiyyəti: UNESCO
Yaranma tarixi: 1993-cü il |
Qısa məlumat:
Beynəlxalq Muzeylər Şurasının (İKOM) Azərbaycan
Milli Komitəsi Beynəlxalq Muzeylər Şurasına
1993-cü ilin iyun ayında Parisdə keçirilən
İKOM-un növbəti sessiyasında daxil olmuşdur.
Beynəlxalq Muzeylər Şurasının (İKOM) Azərbaycan
Milli Komitəsinin yaranmasında məqsəd beynəlxalq
miqyasda muzey ictimaiyyəti ilə Azərbaycan
Respublikası muzeylərinin elmi və yaradıcılıq
əməkdaşlığını təmin etmək, beynəlxalq muzeylərin
nailiyyətlərinin Azərbaycanda yayılması,
Azərbaycan muzeylərinin dünya miqyasında geniş
tanınması və s. olmuşdur.
Təşkil olunduğu ilk gündən etibarən Milli Komitə
Beynəlxalq Muzeylər Şurasının fəal üzvlərindən
birinə çevrilmişdir, beynəlxalq miqyasda qəbul
edilmiş tövsiyə və yenilikləri, qazanılmış
uğurları Azərbaycan muzeyləri arasında təbliğ
etməklə yanaşı 3 dildə "İKOM Azərbaycan" məlumat
bülletenini nəşr edir, onun nəinki
Azərbaycandakı, habelə beynəlxalq miqyasda
yayılmasını təşkil edir.
Beynəlxalq Muzeylər Şurasının (İKOM) Azərbaycan
Milli Komitəsi Respublika muzeyləri ilə birgə bu
günkü problemlərə dair böyük iş aparır. Bu,
Azərbaycandan istila edilmiş ərazilərdə qalan 22
muzey və 4 şəkil qalereyası, onların fondlarında
qalmış 100.000-dən artıq eksponat, külli
miqdarda arxeoloji və memarlıq abidələridir.
istila edilmiş ərazilərdə muzey eksponatları və
mədəniyyət abidələri barədə məlumat Milli Komitə
tərəfindən toplanılmışdır. Azərbaycanm mədəni
irsinin qorunması məqsədilə YUNESKO tərəfindən,
istila edilmiş ərazilərdə qalmış abidələrə həsr
olunmuş leflet nəşr edilmişdir. YUNESKO
vasitəsilə Azərbaycan xalqının mədəni irsinin
müdafiə olunması məqsədilə müraciət qəbul
olunmuşdur. Milli Komitə tərəfindən Azərbaycan
mədəni irsinin qorunmasına dair normativ hüquqi
aktlar toplusu nəşr edilmişdir. Beynəlxalq
Muzeylər Şurasının (İKOM) Azərbaycan Milli
Komitəsi tərəfindən Azərbaycanın mədəni
sərvətlərinin qorunması və beynəlxalq
Konvensiyalara qoşulması məqsədilə beynəlxalq
konfrans keçirilmişdir.
|