Azerbaijan National Committee of International Council of Museums 

Beynəlxalq Muzeylər Şurasının   Azərbaycan Milli Komitəsi
   Müxtəlif profilli muzeylər və təşkilatlar  
   "RİNAY" Malakofauna Muzeyi
  Ünvan: Bakı, AZ1003, İbrahim Məmmədov küç., 2a, mən. 85.
  İş vaxtı: 10-dan - 14-dək, I, II, V günlər                                              Mənsubiyyəti: Şəxsi Yaranma tarixi: 1989-cu il

Qısa məlumat: "Rinay" Malakofauna Muzeyi rəsmi olaraq 1989-cu ildə təşkil edilmişdir. Yarandığı gündən o Azərbaycanda ilk şəxsi muzey, profili üzrə isə Avroasiyada yeganə muzey sayılır. Toplunun əsasını SSRİ-nin ilk fəxri neftçisi Karayev Sadıx Kərimbəy oğlu hələ 1932-ci ildən qoymağa başlamışdır. O vaxt o SSRİ-nin ABŞ-da neft üzrə eksperti vəzifəsini icra edirdi. Toplunun sonradan zənginləşdirilməsi və sistemləşdirilməsi işini geologiya mineralogiya elmləri üzrə mütəxəssis, professor Karayev Tofiq Sadıxoğlu həyata keçirməyə başlamışdır.
"Rinay" muzeyinin kolleksiyasında dünyanın müxtəlif okean, dəniz və göllərindən tapılmış 2000-dək molyuska qabığı (pelesipoda, qastropoda) nümunələri təqdim olunur. Sistemləşdirilmiş malakofauna 86 cinsdə nümayiş etdirilir.
Toplunun unikallığı onunla səciyyələnir ki, burada müasir dəniz və yerüstü fauna mollyuskalarından başqa eyni zamanda 2 mln. il bundan öncə Ağcaqıl və Abşeron paleodənizlərində mövcud olan şirin su mollyuska qabıqlarına həsr edilmiş stendlərlə təqdim olunur. Bu toplunun bəzi nümunələri Avstraliya, Argentina, indoneziya milli muzeylərində nümayiş etdirilir.
Mollyuska qabığlarına hərs edilmiş geniş elmi materiallara əsasən profes-sor Karayev T.S. yeni cins Dzejrantçholia və bir neçə digər yeni növ mollyuskalar kəşf etmiş və onların monoqrafik təsviri verilmişdir. Muzey sərgilərində eyni zamanda dəniz ulduzlarının, kirpilərin və tısbağa-ların nümunələri də nümayiş etdirilir. Muzey ekoloqlar, paleontoloqlar, paleocoğraf iyaçılar üçün böyük maraq və əhəmiyyət kəsb edir.
 

Azerbaijan National Committee of ICOM 1993-2006  All right reserved  Disign by Azerbaijan Republic