Azerbaijan National Committee of International Council of Museums 

Beynəlxalq Muzeylər Şurasının   Azərbaycan Milli Komitəsi
   Müxtəlif profilli muzeylər və təşkilatlar  
   Olimpiya Muzeyi
  Ünvan: Bakı, AZ1003, Olimpiya küç., 5                                           Telefon: (99412) 465 13 23, 465 84 38                                                   Faks: (99412) 465 42 25                                                                     E-mail: noc-aze@noc-aze.org
  İş vaxtı: 9-dan - 18-dək, I, II, V günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi
Yaranma tarixi: 2001-ci il

Qısa məlumat: 2001-ci il martın 27-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş inzibati binasında yerləşən Olimpiya muzeyinin açılışı oldu. inzibati binanm 1-ci mərtəbəsində yerləşən "Olimpiya" muzeyinin Azərbaycan Olimpiya Hərəkatının, olimpizmin inkişafında əvəzsiz rolu vardır.
Burada eksponatlarm zənginliyi, muzeyin ekspozisiyasma xoş təsir bağışlayır. Eksponatların bir hissəsi, üzərində olimpiya rəmzləri olan müxtəlif suvenirlər, xalçalar, saatlar, vımpellər və s. bəxşişlərdən ibarətdir. Burada Azər-baycanın adlı-sanlı idmançılarının Olimpiya Oyunlarında, Dünya və Avropa çempiona-tlarmda qazandıqları medallar, fəxri fərmanlar, diplomlar, kuboklar muzeyin ən qiymətli eksponatları kimi qorunub saxlanılır. Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında Azərbaycanı təmsil edən idmançılarımızm idman geyimləri, burada rəngarəng bir səhnəni xatırladır. Ekspozisiyadakı idman mövzulu qrafika, yağlı boya ilə işlənmiş əsərlər və heykəltaraşlıq işləri muzeyi daha da zənginləşdirir. MOK-un nəşr etdiyi aylıq "Olimpiya" jurnalı, həftəlik "Olimpiya dünyası" qəzetinin bütün nüsxələri Azərbaycan Olimpiya Hərəkatının güzgüsü kimi muzeydə saxlanılır. Muzeyimizdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, AOK-un texniki əməkdaşlıq Komissiyasmm sədri xanım Ovinilla Limberq, Dünya və Avropa idman federasiyalarmm prezidentləri və digər mötəbər şəxslər olmuşdular.
 

Azerbaijan National Committee of ICOM 1993-2006  All right reserved  Disign by Azerbaijan Republic