|
Müxtəlif profilli muzeylər və təşkilatlar
|
| |
İş vaxtı: 11°°-dən - 19°°-dək, II, III, V, VI, VII
günlər
Mənsubiyyəti: Salahova Z.T. (şəxsi)
Yaranma
tarixi: 2000-ci il |
Qısa məlumat:
2002-ci il aprelin 23-də YUNESKO-nun qərarı ilə
bütün dünyada hər il qeyd edilən Beynəlxalq
kitab və müəllif hüquqları günündə Bakı
şəhərinin tarixi hissəsində - içəri Şəhərdə, XV
əsrin memarlıq abidəsi olan Şirvanşahlar Sarayı
yaxınlığında dünyada ilk özəl Miniatür Kitabları
Muzeyi təntənəli surətdə açılmışdır.
Muzeyin ekspozisiyası 27 vitrində
yerləşdirilmişdir. Vitrinlərə 60 ölkədə nəşr
edilmiş 3750 miniatür kitab düzülmüşdür. Muzeyin
kitab fondunda isə 5300-dən çox miniatür nəşr
var. Bunları Zərifə Salahova iyirmi ildən artıq
müddətdətoplamışdır.
Ekspozisiyanın "Azərbaycanda nəşr olunmuş
miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini
ədəbiyyat miniatür kitablarda", A.S.Puşkinin
sağlığmda 1837-ci ildə Sankt-Peterburqda işıq
üzü görmüş "Evgeni Onegin" poemasınında daxil
olduğu "Puşkiniana" kimi bölmələri böyük maraq
doğurur. Onların arasında "H.ƏIİyev. Əsrin
müqaviləsi" kimi 1998-ci ildə Bakıda nəfis
tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci
ildə Londonda buraxılmış "ingiltərə tarixi" və
digər nadir nüsxələr diqqəti xüsusiləcəlbedir.
Muzeyə gələnlər Azərbaycan, Rusiyada, ABŞ,
Yaponiya, ingiltərə, Fransa, italiya, Almaniya,
Çexiya, Slovakiya, Macarıstan, Kuba, isveçrə və
keçmiş SSRİ respublikalarında nəşr edilmiş
miniatür kitablarla tanış ola bilərlər. 2
millimetrdən - 10 millimetrədək olan
mikrokitablar xüsusi maraq doğurur. Məsələn, 3
mikrokitab - "Doğum daşı", "Zodiak nişanları və
onların rəmzləri", "Güllərin dili" (Tokio, "Toppan
nəşriyyatı", 1979-cu il) 2x2 millimetrdir, cildi
qoyun dərisindən düzəldilib, hərəsində 16 səhifə,
hər səhifədə 50-100-dək işarə var, onlardan biri
illustrasiyalıdır, "çırtdan"ların öz lupası var.
Muzeyin fondları yeni nəşrlərlə, habelə hədiyyə
edilən nəşrlərlə daimi zənginləşdirilir.
Miniatür Kitab Muzeyinin web-saytında
kolleksiyanın yaranma tarixi haqqında tam
məlumat almaq olar. Burada Zərifə Salahovanın
kolleksiyasından olan kiçik kitabların tam
biblioqrafik göstəricisi də var.
|