|
Müxtəlif profilli muzeylər və təşkilatlar
|
|
Azərbaycan Təbabəti Muzeyi |
| |
Ünvan: Bakı, AZ1025, N.Rəfiyev küç., 18
Telefon: (99412)
49013 73 |
| |
İş vaxtı: 9°°-dan - 18°°-dək, I-V günlər Mənsubiyyəti:
Azərbaycan Səhiyyə Nazirliyi
Yaranma tarixi: 1984-cü il |
Qısa məlumat:
Azərbaycan təbabəti muzeyi Azərbaycan xalqının
mədəni irsinin mühüm hissəsini təşkil edən tibb
və səhiyyənin inkişaf tarixini, habelə
Azərbaycan alimlərinin bu sahədəki
nailiyyətlərini işıqlandırmaq və təbliğ etmək
məqsədilə təşkil olunmuşdur. Muzey keçmiş Qara
şəhər müalicəxanasının binasında yerləşir.
Ekspozisiya Asklepinin (qədim yunan
mifologiyasında sağlamlıq allahı) təsviri olan
barelyeflə başlayır. Muzeyə gələnlərin nəzərini
orta əsr cərrahlıq alətləri, xalq həkimlərinin
fotoşəkilləri, onların şəxsi əşyaları, tədqiqat
sənədləri cəlb edir. Daha sonra burada əsli
Azərbaycan Milli Elmlər Akademiyasının
Əlyazmalar institutunda saxlanılan və Azərbaycan
həkimləri tərəfindən (XIII-XIX əsr) yazılmış
ayrı-ayrı tibbi traktatlarının surətləri nümayiş
etdirilir. Burada Bakı Universitetinin tibb
fakultəsinin ilk buraxılışı, professor və
müəllim heyəti, Bakıda nəşr olunan müxtəlif
tibbi jurnalları ilə də tanış olmaq mümkündür.
Muzey həm də Azərbaycan Dövlət Tibb
Universitetinin tədris korpusu (təbabət tarixi
üzrə) olduğundan ilbəil yeni güşələr və
stendlərlə zənginləşir. Son vaxtlarda «Səhiyyə
nazirlərimiz» (1918-1998-ci illər), «Əliyevlər
və Səhiyyəmiz», «Qəhrəman həkimlərimiz» (Çin-giz
Mustafayev, Gültəkin Əsgərova, Muxtar Qasımov),
«Qalaçaqlar dünyada» (Mustafa Topçubaşov, Səməd
Vurğun, Üzeyir Hacıbəyov, Əziz Əliyev, Yusif
Məmmədəliyev, Müslüm Maqomayev, Murtuza Məm-mədov),
«Nizaminin təbabət dünyası» (tibbi görüşləri
əsər-lərindən illustrasiyalar), «Azadlıq fədaisi
- tələbələrimiz» (Qarabağ uğrunda həlak olunmuş
Azərbaycan Tibb Universiteti tələbələri), «Səhiyyə
və inkişaf», akademiklərdən M.Topçubaşov,
A.Namazova, Ə.ƏIİyevin güşələri açılmışdır.
|