Azerbaijan National Committee of International Council of Museums 

Beynəlxalq Muzeylər Şurasının   Azərbaycan Milli Komitəsi
   Xatirə Muzeyləri  
   Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi
  Ünvan: Bakı, AZ1001, L və M. Rostropoviçlər küç., 19
Telefon: (99412) 492 02 65
E-mail:rostropovich27_muzeum@hotmail.com
  İş vaxtı: 10-dan - 17-dək, II-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Yaranma tarixi: 1998-ci il

Qısa məlumat: L. və M.Rostropoviçlərin ev-muzeyi dünya şöhrətli violonçelist, dahi şəxsiyyət M.Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşir. Muzeyin ekspozisiyasında M.Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir. Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlərailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında L. Rostropoviç tərəfindən oğluna yazdığı (1942-ci il) məktub da vardır. Bu məktub M.L Rostropoviç üçün hər bir zaman mənəvi dayaq rolunu oynamışdır. Ekspozisiyanın ikinci hissəsində M.L.Rostro-poviçin həyat və yaradıcılıq fəaliyyətinin ən mühüm anları, eyni zamanda onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M.Rostropoviç haqqında olan filmlər, maestronun ifası ilə yazılmış audio kassetlər və disklər vardır.
 

Azerbaijan National Committee of ICOM 1993-2006  All right reserved  Disign by Azerbaijan Republic