|
Abdulla Şaiqin Mənzil-Muzeyi |
| |
Ünvan: Bakı, AZ1006, Abdulla Şaiq küç., 21
Telefon:
(99412) 492 29 61 |
| |
İş vaxtı: 9°°-dan - 18°°-dək, I-VI günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1990-cı il |
Qısa məlumat: Muzey görkəmli ədib və pedaqoq
Abdulla Şaiqin həyat və yaradıcılığını, Abdulla
Şaiq ilə bağlı olan yazıçı və müəllimlərin
fəaliyyətlərini tədqiq və təbliğ edən mədəni-maarif
müəssisəsidir. Kolleksiyanın əsasını xatirə və
məişət əşyaları, kitablar, fotoşəkillər,
neqativlər, əlyazmalar, incəsənət əsərləri,
proqramlar və afişalar təşkil edir.
Ekspozisiyada çox nadir biblioqraf ik nəşrlər
Abdulla Şaiqin yaratdığı ilk məktəb dərslikləri,
müntəxəbatlar toplanmışdır. Muzeyin fondunda
100-dən artıq qiymətli əlyazması saxlanılır ki,
onların da bir hissəsi Abdulla Şaiq tərəfindən
repressiya dövründə yazılmış lakin nəşr
edilməmiş əsərlərdir. Muzey kolleksiyasının
əhəmiyyətli hissəsini Abdulla Şaiqin özünə və
ailəsinə məxsus olan şəxsi xatirə əşyaları
təşkil edir. Muzeydə Abdulla Şaiqin həyat və
yaradıcılığı ilə bağlı XIX əsrə məxsus nadir və
qiymətli fotolar da vardır. Muzeyin
kolleksiyasına həmçinin Abdulla Şaiqin böyük
qardaşı görkəmli ictimai-siyasi, dövlət və din
xadimi Yusif Ziya Talıbzadənin həyat və
yaradıcılığını əks etdirən materiallar daxil
edilmişdir.
|