| |
Ünvan: Bakı, AZ1000, Bülbül prospekti, 15
Telefon:
(99412) 493 56 97 |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, I-VI günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1976-cı il
Filiallar: Bülbülün Şuşada yerləşən ev muzeyi (Şuşa
şəhəri, Bülbül küç., 3). |
Qısa məlumat: Azərbaycan professional vokal
sənətinin banisi, SSRİ xalq artisti, Stalin
mükafatı laureatı, ictimai xadim, professor -Bülbülün
Memorial Muzeyi. Muzeyin ekspozisiyası yaşayış
evinin quruluşu ilə birlikdə onun həyat və
fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.
Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir.
3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi
otağıdır. Bu mənzildə Bülbül 1937-ci ildən
ömrünün son günlərinədək, yəni 1961-ci ilin
sentyabr ayının 26-dək yaşayıb yaratmışdır.
Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi,
pedaqoji, ictimai
fəaliyyəti haqqında sənəd və
materiallartoplanmışdır. Onların arasında əsli
əlyazmalar, qramofon valları, fotoşəkillər,
notlar, kitablar, məişətəşyaları,
incəsənət əsərləri və şəxsi əşyalar vardır.
Bülbülün Şüşada yerləşən ev muzeyi 1992-ci ildən
etibarən, Şuşanın
işğalından sonra öz fəaliyyətini dayandırmışdir.
|