Azerbaijan National Committee of International Council of Museums 

Beynəlxalq Muzeylər Şurasının   Azərbaycan Milli Komitəsi
   Xatirə Muzeyləri  
   Səməd Vurğunun Ev-Muzeyi
  Ünvan: Bakı, AZ1004, Tərlan Əliyarbəyov küç., 4                                             Telefon: (99412) 493 56 52                                                                                   E-mail:vurqunmuseum@ctc.net.az
  İş vaxtı: 10°°-dan - 17°°-dək, I-VI günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Yaranma tarixi: 1975-ci il
Filiallar: "Səməd Vurğunun poeziya evi" (Qazax rayonunun Yuxarı Salahlı kəndi)

Qısa məlumat: Muzey Xalq şairinin ömrünün son illərində yaşadığı, XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində, 6 otağlı mənzildə yerləşir. Muzeydə 3 otaq: şairin iş otağı, qonaq otağı və yataq otağı onun sağlığında olduğu kimi saxlanılır. Digər 3 otaqda isə şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini və xatirəsini əbədiləşdirilməyini əks etdirən ekspozisiya yaradılmışdır. Muzeyin fondunun əsas hissəsi olan memorial kolleksiya şairə aid əlyazmalar, kitablar, sənədlər, fotoşəkillər, hədiyyələr və ev əşyalarından ibarətdir. Bundan başqa fondda «Təsviri incəsənət», «Kino-foto-fono», «Dəvətnamə, afişa və proqram», «Qəzet və jurnallar», «Neqativlər», «Kitablar», «Hədiyyələr», «Numizmatika» bölmələri də mövcuddur.

 

 

 

 
Azerbaijan National Committee of ICOM 1993-2006 © All right reserved  Disign by Azerbaijan Republic