|
Üzeyir Hacıbəyovun Ev-Muzeyi |
| |
Ünvan: Bakı, AZ1009, Şamil Əzizbəyov küç., 67/69
Telefon:
(99412) 495 25 58, 495 25 34, 495 30 61 |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, II-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1975-ci il |
Qısa məlumat: Milli bəstəkarlıq məktəbinin
yaranması və təşəkkül tapması məhz Üzeyir
Hacıbəyovun adı ilə bağlıdır. Böyük alim və
müəllim, gözəl publisist və dramaturq Üzeyir
Hacıbəyov Azərbaycan musiqisinin klassikidir.
Muzeyin ekspozisiyası buraya gələnləri
bəstəkarın həyat və yaradıcılığının parlaq
səhifələri ilətanış edir. Muzeyin qonaqları
bəstəkarın şəxsi əşyaları ilə də tanış olurlar.
Burada hər şey onun sağlığında olduğu kimidir.
Yarımçıq qalmış «Azərbaycan» simfonik poemasının
partiturası indi də onun yazı masasının üstündə
qalmaqdadır. Ekspozisiyada Hacıbəyovun Yaxın
Şərqdə ilk opera sayılan «l_eyli və Məcnun»dan
başlayaraq klassik «Koroğlu»ya qədər bütün
musiqili səhnə əsərlərindən danışılır. Muzeydə
bəstəkara bağışlanılan qiymətli hədiyyələr, ona
məxsus olan sənəd və mükafatlar nümayiş
etdirilir.
|