|
Tarixi muzeylər və qoruqlar
|
|
"Sirvansahlar Sarayı Kompleksi"
Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi |
| |
Ünvan: Bakı, AZ1004 "içəri şəhər". Qəsr döngəsi, 76
Telefon: (99412) 49210 73; 492 83 04 |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, I-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və Bakı
Şəhər icra Hakimiyyətinin Mədəniyyət idarəsi
Yaranma tarixi: 1964-cü il
Filiallar: «Qız qalası» (içəri Şəhər - Qız Qalası);
«Atəşgah» (Suraxanı - Atəşgah) |
Qısa məlumat: Qoruq-Muzey Şirvanşahlar
dövlətinin qüdrətli hökmdar-larının bənzərsiz
iqamətgahı olan Şirvanşahlar Saraymı qoruyur.
Şirvanşahlar Sarayı 35-ci Şirvanşah I Xəlilullah
tərəfindən XV-XVI əsrlərdə ucaldılmışdır. Bu
kompleks 52 otaqlı saray binasını,
«Divanxananı», XV əsrdəyaşamışsarayalimi Seyid
Yəhya Bakuvinin (Şirvanı) türbəsini, «Şərq»
portalını, saray məscidini, şahm ailəsinə mənsub
türbəni, qədim saray hamamını və70 pilləli
yeraltı su anbarı olan şah ovdanını özündə
birləşdirir. Onun tikililəri «içəri Şəhər»in
təpələrindən birinin ən yüksək nöqtəsində
yerləşir.
Filiallar haqqında qısa məlumat: «Qız qalası»
«içəri şəhər»in cənub-şərq hissəsində ucalır.
«Qız qalası» Bakı şəhərinin rəmzidir. Azərbaycan
memarlığının bu təkrarolunmaz abidəsi iki
mərhələdə inşa edilib: abidənin hündürlüyü 13,7
m. qədər ucalan aşağı hissəsi bir çox Azərbaycan
alimlərinin hesab etdikləri kimi, e.ə. VII-VI
əsrlərə aid edilir. XII əsrdə isə yenidənqurma
işləri aparılmışdır.
Od məbədi «Atəşgah» Bakıdan 30 km. aralı,
Abşeron yarımadasının Suraxanı qəsəbəsinin
cənub-şərq hissəsində yerləşir. «Atəşgah»
XVII-XVIII əsrlərdə tikilmişdir. XVIII əsr
ərzində məbədin ətrafında bir-birinin yanında
ibadətxana və hücrələr, karvansara tikilib
düzəldilir. XIX əsrin əwəlində isə məbəd artıq
bizim günlərə gəlib çıxdığı şəkli almışdır.
Məbəd-səcdəgah hind tacirlərinin vəsaiti ilə
tikilmişdir. 1975-ci ildə burada bərpa işləri
aparılmışdır.
|