Azerbaijan National Committee of International Council of Museums 

Beynəlxalq Muzeylər Şurasının   Azərbaycan Milli Komitəsi
   Tarixi muzeylər və qoruqlar  
   Qobustan Dövlət Tarix-Bədii Qoruğu
  Ünvan: Bakı AZ1006, Lermontov küç., 3
Telefon: (99412) 492 02 54; 492 61 45
Web site:http://gobustan.iatp.az
E-mail:qobustanaz@yahoo.com; qobustan@iatp.az
  İş vaxtı: 1030-dan - 1630-dək, I-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı
şəhər icra Hakimiyyətinin Mədəniyyət idarəsi
Yaranma tarixi: 1966-cı il

Qısa məlumat: Qobustan Böyük Qafqaz dağlarmm cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasmda qobu və yarğanlara malik geniş coğrafi rayondur. Qobustan ərazisi şimalda Baş Qafqaz silsiləsini, cənub yamacı, qərbdə - Pirsaat çayı, cənubda - Hərəmi və Mişov dağları, şərqdə - Xəzər dənizi və Abşeron yarımadası ilə sərhədlənir. Qoruğ Azərbaycanın paytaxtı olan Bakı şəhərindən 70 km. aralıqda yerləşir və Böyük Daş, Kiçikdaş, Cinqirdağ (Yazılı təpə), Şonqar və Şıxqaya dağları zonasını əhatə edir. Ərazi quru subtropik iqlimə malikdir. Qobustan Dövləttarixi-bədii qoruğu - açıq səma altında muzeydir. Qoruğ Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustan qayaüstü rəsmləri 1939-cu ildə Cinqirdağ dağının yamacında və Yazılı təpənin baş hissəsində aşkar edilib. Abidənin sistematik öyrənilməsi 1947-ci ildən başlayaraq həyata keçirilir. Qobustan qayaüstü rəsmlərini ilk dəfə kəşf edən Azərbaycan arxeoloqu İ.Cəfərzadə olmuşdur. Hal-hazırda sayı 1000-dən çox olan daş və qaya üzərində əks olunan 6 000-dən çox təsvir və işarə qeydə alınmışdır. Onlar mövzu və süjet baxımından öz müxtəlifliyi ilə seçilir. Qobustan təsvirləri üçün əsasən qayalar üzərində öndən və yandan barelyefin əksi kimi, silueti qazılmış qədim kişi və qadın şəkilləri səciyyəvidir. Kişilər möhkəm bədənli, bellərində kəmərçin silahlanmış halda təsvir edilmişlər. Qadın şəkillərində döşlər qabarıq, baldırlar iri verilmişdir. Onlar nəsl davamçıları kimi təsvir edilmişdir. Qobustan qaya rəsmləri vaxtı ilə bu ərazidə yaşamış bütün heyvan növlərinin - öküz, keçi, gur, maral, ceyran, donuz, at, şir, canavar, it və s. təsvirlərindən ibarətdir. Burada balıq, ilan, kərtənkələ və həşarat şəkilləri qeydə almmışdır. Hehvan şəkilləri əsasən kontur xətlə verilmişdir. Qobustanın qayaüstü təsvirləri tək mövzu müxtəlifliyi ilə deyil, həmçinin onların kompozisiyalığı ilə də zəngindir. Burada kollektiv əmək, ov, rəqs, biçin, döyüş, ritual və s. səhnələrə rast gəlmək olar. Qobustan qayaüstü rəsmləri təxminən 40 000 il bizim eradan əvvəlki dövrdən (üst poleolit) başlayaraq orta əsrlərə gədərki müxtəlif dövrləri əhatə edir.
Qayaüstü rəsmlərlə yanaşı epiqrafik yazılara da rast gəlmək olar. Burada ərəb, fars yazıları, eləcə də bizim eranın I əsrində Roma imperiyasının XII leqionu tərəfindən latın hərfləri ilə daş üzərində yazı da aşkar edilmişdir. XX əsrin 60-cı illərindən qoruğun ərazisində arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində 20 ibtidai insan dayanacaqları və mağaralar və 40-a qədər tunc dövrünə aid kurqanlar aşkar edilib. Qoruğun fondunda 105 000-dən çox müxtəlif təyinatlı arxeoloji materiallar saxlanılır. Bunlarda
ov və əmək alətləri, məişət əşyaları və s. daş dövrünün əmək alətləri əsasən çay daşı, çaxmaq və sümükdən hazırlanmışdır. "Firuz" düşərgəsində aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 1966-cı ildən Qobustan Dövlət tarixi-bədii qoruğu elan edilib, həmin ildən Qobustan qayaüstü rəsmləri Dövləttərəfindən qorunur.

 

 
Azerbaijan National Committee of ICOM 1993-2006  All right reserved  Disign by Azerbaijan Republic