|
Tarixi muzeylər və qoruqlar
|
|
Azərbaycan İstiqlal Muzeyi |
| |
Ünvan: Bakı, AZ1000, Neftçilər prospekti, 123a
Telefon:
(99412) 498 83 82, 493 92 93 |
| |
İş vaxtı: 10°°-dan - 1730-dək, II-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1991-ci il |
Qısa məlumat: Muzeyin yaradılmasında başlıca
məqsəd ən qədim zamanlardan müasir dövrümüzə
qədər Azərbaycan xalqının öz müstəqilliyi
uğrunda apardığı mübarizənin mərhələlərini və
mədəni-tarixi həyatındakı mühüm hadisələri
ardıcıl şəkildə əks etdirməkdir. Muzeyin
ekspozisiyası 6 zalda yerləşdirilmişdir.
Azərbaycan tarixinin qədim dövrlərinə aid
arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif
məişət əşyaları, formaca fərqlənən saxsı qablar,
əmək alətləri, habelə əqiq muncuqlar, tunc
dövrünün bəzək nümunələri, döyüş silahları ulu
keçmişimizin izlərini özündə saxlayır. Tarix
boyu xalqımız tərəfindən qəbul edilmiş
dövlətçilik rəmzləri, Azərbaycan Xalq
Cumhuriyyətinin buraxdığı poçt markaları, pul
əskinasları, dövlət idarələrinə məxsus olan
sənədlərin nümunələri, habelə o dövrdə təsis
olunmuş orden və medalların eskizləri nümayiş
etdirilir. Muzeyin digər zallarında XX əsrin I
yarısında Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq
hərəkatları, 1920-1950-ci illərdə törədilmiş
repressiyalar, 1941-1945-ci illərdə
azərbaycanlıların ikinci Dünya müharibəsində
iştirakı və Ermənistanın Azərbaycanın Dağlıq
Qarabağ vilayətinə ərazi iddiası ilə apardığı
müharibə, ümumilikdə erməni terrorizmi barədə
faktlar göstərilir. Muzeyin ekspozisiyasında XX
əsrin sonunda Azərbaycan tarixinin səhifələrinə
yazılmış 20 Yanvar, Xocalı faciəsi kimi dəhşətli
hadisələr də öz əksini tapıb. Muzeyin 6-ci
zalında isə Azərbaycanın son illərdəki ictimai
həyatı, ölkənin xarici siyasəti, iqtisadiyyatı,
təhsil, mədəniyyəti, habelə ordu quruculuğu
geniş şəkildə işıqlandmlır.
|