Azerbaijan National Committee of International Council of Museums 

Beynəlxalq Muzeylər Şurasının   Azərbaycan Milli Komitəsi
   Tarixi muzeylər və qoruqlar  
   Azərbaycan Tarixi Muzeyi
  Ünvan: Bakı AZ1005, Z.Tağıyev küç., 4                                                              Tel.: (99412) 493 36 48                                                                                      Fax: (99412) 498 52 11
  İş vaxtı: 10-dan - 18-dək, I-VI günlər Mənsubiyyəti: Azərbaycan Milli Elmlər Akademiyası Yaranma tarixi: 1920-ci il.

Qısa məlumat: Azərbaycanın ən iri muzeyi olan 1920-ci ildə təsis edilmiş Azərbaycan Tarixi Muzeyi Bakının gözəl memarlıq abidələrindən birində, məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynəlabdin Tağıyevin 1895-96-cı illərdə tikilmiş mülkündə yerləşir. 1921-ci ilin may ayından başlayaraq ilk tamaşaçılarını qəbul edən, 1936-cı ilədək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılan bu muzeyin Respublikada elmi-tədqiqat müəssisələrinin, elə-cə də muzey işinin inkişafında xüsusi mövqeyi olmuşdur. Muzeyin bədii-tarixi dəyərləri əsasında 20-30-cu illərdə təbiət-tarixi, incəsənət, teatr, ədəbiyyat, din və ateizmin tarixi muzeyləri, Şirvanşahlar Sarayı qoruq-meziyi, sonralar akademiyanm Əlyazmaları institutuna çevrilmiş Əlyazmaları fondu və b. təşəkkül tapmışdır. Yarandığı ilk gündən mədəni-maarif və elm ocağı olan muzey Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat müəssisəsi statusunda fəaliyyət göstərir. Bütün dövrlərdə muzeyin elmi-tədqiqat planları Azərbaycan tarixinin ta qədimdən başlayaraq bütün dövrlərinin öyrənilməsi, ekspozisiya və sərgilərdə əksi problemlərinin işlənilməsini nəzərdə tutur. Azərbaycan ərazisində qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını bu muzey qoymuşdur. Muzeyin arxeoloqlarının 60-70-ci illərdə Xəzərin sualtı dünyasında apardıqları kəşfiyyat işləri isə muzeyi ölkənin sualtı arxeoloji tədqiqatları mərkəzinə çevirdi. Muzeydə qorunub saxlanılan, sayı 250 000-dən artıq müxtəlif xarakterli, müxtəlif dövrlərə aid, qiyməti heç bir ölçüyə sığmayan maddi-mənəvi mədəniyyət nümunələri 10 fondda saxlanılır. Arxeoloji fondda qorunan 22 000 eksponat Azərbaycanın poleolitdən tutmuş son orta əsrlər dövrünədək olan tarixinə aiddir. Burada daşdan düzəldilmiş əmək alətləri, misdən, tuncdan, dəmirdən hazırlanmış təsərrüfat və məişət əşyaları, çoxsaylı saxsı və gil qablar, bə-zək nümunələri və s. saxlanılır. Azərbaycan tarixinin öyrənil-məsi üçün ən mühüm mənbə kimi böyük dəyərə malik olan, müxtəlif dövrlərə aid 150 000 ədədədək sikkə və pul muzeyin numizmatika fondunun bəzəyidir. Qızıldan, gü-müşdən, misdən kəsilmiş bu pullar arasında Azərbaycan ərazisində mövçud dövlətçiliyin rəmzi olan pullarla yanaşı ölkəmizdə tədavüldə olmuş başqa dövlətlərə məxsus sikkələr də az deyil. Şərq pullarının sayına görə numizmatika fondu keçmiş Sovetlər Birliyi ərazisində əvvəlinci yerlərdən birini tuturdu. Pullarla yanaşı numizmatika fondunda xalqımızın tarixini öyrənmək üçün az əhəmiyyəti olmayan zəngin orden, medal, müxtəlif nişanlar, möhürlər, kağız pul nişanları, poçt markaları kolleksiyaları da saxlanılır.
Muzeyin yarandığı ilk gündən bəri fəaliyyət göstərən etnoqrafiya fondu xalqımızın təsərrüfat həyatına və məişətinə aid 9 000-ə qədər eksponatı əhatə edir. Gözəl naxışlı, müxtəlif ornamentli və yazılarla bəzədilmiş cürbəcür mis qablar, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus kişi və qadın geyim nümunələri, müxtəlif üsullarla tikilmiş bəzəkli əl işləri və s. tarixi-bədii əhəmiyyət daşıyır. Muzeydə qorunan xalça və xalça məmulatı - məfrəşlər, cecimlər, çullar, xurcunlar, təsərrüfat torbaları və s. əsl sənət nümunəsi kimi əsrlərdən bəri ənənəvi üslubunu və yüksək keyfiyyətini saxlaya bilmişdir.
Milli tətbiqi sənətin və onun inkişaf yolunun öyrənilməsində muzeyin qiymətli metallar fondunun xüsusi əhəmiyyəti vardır. Azərbaycan zərgərlərinin erkən orta əsrlərdən tutmuş tariximizin müxtəlif dövrlərində hazırladıqları bu məhsullar öz zərifliyi və quruluşu baxımından fərqlənirlər. Bu fondda saxlanılan qiymətli zərgər-lik nümunələrinin öyrənilməsi azərbaycanlıların hələ ötən əsrlərdə qızıldan, gümüş-dən, müxtəlif qiymətli daşlardan düzəltdikləri nəfis bəzək əşyala-rının hazırlanma texnikasmı aşkarlaşdırmağa imkan verir. Muzeyin yeni tarix fondu müxtəlif xarakterli 2 000-dən artıq eksponatı əhatə edir. Azərbaycan xanlıqlarını, XIX yüzildə çar ordusunun tərkibində fəaliyyət göstərən ayrı-ayrı hərbi birləşmələrə məxsus bayraqlar, XIX əsrin əwəllərində Azərbaycanın şəhər və qalalarının Rusiya tərəfindən işğalı zamanı ələ keçirilən açarlar, müxtəlif əsləhə növləri fondun nadir eksponatla-rından sayılır. Bu fondda saxlanılan, yalnız Azərbaycana deyil, ayrı-ayrı Şərq və Qərb ölkələrinə məxsus olan soyuq və odlu silahlar orta əsrlərin mahir sənətkarları tərəfindən böyük ustalıqla hazırlanmışdır. Muzeyin sənədli mənbələr fondunda 11 000-dən artıq sənəd, fotoşəkil, albom, af işa, qəzet, açıqca və s. qorunur.
Ən yeni tarix fondu 4 000-dən çox, başlıca olaraq əşyayi materialı əhatə etsə də, burada xeyli sənəd, eləcə də bədii sənət nümunələri vardır. Fond formalaşdığı zaman onun tərkibinə müxtəlif xarici ölkələrdən Azərbayca-na bağışlanmış hədiyyələr də qatılmışdır.
Muzeyin yarandığı gündən bəri fəaliyyət göstərən, Azərbaycanın ilk dövlət kitabxanalarından olan kitabxanasında 80 000-dən çox, başlıca olaraq, XIX-XX əsrin birinci yarısına aid müxtəlif dilli kitablar toplanmışdır. Yüzlərlə oxu-cusu olan bu kitabxanadakı bir çox kitab, qəzet və jurnallar öz nadir nüsxəliyi və yeganəliyilə seçilir.
Muzeyin zəngin neqativ fondu, eləcə də kitabxananın tərkibində olan nadir kitablar bölməsi Azərbaycan cəmiyyətinin həyatında baş verən ən mühüm hadisələri əks etdirən fotoların neqativlərini və qiymətli ədəbiyyatı qoruyub saxlayır.
Muzeydə yeni təşkil olunmuş təsviri incəsənət və illustrasiyalar fondunda 500-ə qədər tablo, illustrasiya, Azərbaycanın tanınmış rəssamlarının, sənət adamlarının əsərləri və s. qorunur.
Muzeyin fondlarında saxlanılan qiymətli material Azərbaycan tarixinin və mədəniyyətinin əyani təbliğatçısı kimi çıxış etməklə yanaşı tədqiqat işləri, bir
çox monoqraf iya və əsərlər üçün mənbə rolunu da oy-nayır. Muzeyin zəngin kolleksiyası müxtəlif illərdə nəşr edilmiş buklet, kataloq, kitab, albom və məqalələrin əsasını təşkil etmişdir.
 

 
Azerbaijan National Committee of ICOM 1993-2006  All right reserved  Disign by Azerbaijan Republic