|
Bədii muzeylər wə qalereyalar
|
|
"Qız Qalası" Sərgi Salonu |
| |
İşvaxtı:10°°-dan-19°°-dək
Mənsubiyyəti: Şəxsi Yaranma
tarixi: 1999 |
Qısa məlumat:
XII əsrin qədim tikililərindən olan və Bakının
rəmzi sayılan Qız Qalası nadir memarlıq
abidələrindəndir. Qız Qalası Bakının nə qədər
qədim şəhər olduğunu göstərməklə yanaşı, şəhərin
ruhunu özündə əks etdirir. Xəzərin sahil yanında
yerləşən bu qala Azərbaycana gələn hər bir kəsi
özünə maqnit kimi çəkir. "Qız Qalası" rəsm
qalereyası Qız Qalasına aparan və üzəri çay
daşları ilə örtülmüş küçədə yerləşir. "Qız
Qalası" rəsm qalereyası 1999-cu il mart ayının
19-da Azərbaycan incəsənət institutunun
professoru Səlhab Məmmədovvə onun oğlu, qrafika
ustası Emin Məmmədovtərəfindən şəxsi qalereya
kimi yaradılmışdır. "Qız Qalası" rəsm
qalereyasına gələn qonaqlar burada, XX əsr
Azərbaycan incəsənətinin keçdiyi yolu izləmək
imkanına malikdirlər. Bununla yanaşı bu
qalereyada XX əsr Azərbaycan rəssamlarının əksər
əsərləri təmsil olunur.
|