|
Bədii muzeylər wə qalereyalar
|
|
"Böyük Qala 19" Sərgi Salonu |
| |
Ünvan: Bakı, AZ1004, içəri şəhər, Böyük Qala küç., 19
Telefon: (99412) 492 05 78
Faks: (99412) 493 05 01 |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, II -VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1991-ci il |
Qısa məlumat: "Böyük
Qala 19" Bədii Sərgi Salonu 1989-cu ildə təşkil
olunmuşdur. Yarandığı dövrdən o hər zaman
inkişaf edir. Hal-hazırda ildə onlarla sərgi
nümuyiş etdirir. Bu sərgilər nəinki incəsənətə,
eyni zamanda kommersiyaya da həsr edilir. Bədii
Sərgi Salonu həmçinin də bədii gecələr və
seminarlar, konsertlər və poeziya axşamları,
rəssamlarla görüşlər keçirir.
Bədii Sərgi Salonu Bakının bir sıra bədii
ictimaiyyəti, respublikanın muzey, qalereyaları
ilə sıx əlaqədə işləyir. Bədii Sərgi Salonunun
təşkil etdiyi tədbirlərdə rəssamlar, şair və
musiqiçilər xarici şirkətlərin və səfirliklərin,
beynəlxalq fondların nümayəndələri iştirak
edirlər.
Bədii Sərgi Salonununda yüksək peşəkar
sənətşünaslar çalışırlar. Onlar yüksək səviyyəli
ekskursiya və mühazirələrin təşkil edilməsində
və keçirilməsində fəal iştirak edirlər, onlar
incəsənətə dair çoxsaylı monoqrafiya, elmi
məqalə və nəşrlərin müəllifidirlər.
"Böyük Qala 19" Bədii Sərgi Salonu eyni zamanda
kommersiya fəaliyyəti də göstərir. Burada xalça,
suvenir, şəkil, xalq-tətbiqi sənəti
nümunələrindən ibarət satış-sərgilər təşkil
edilir.
Salon otaqların dizayn tərtibatı - ofislərin
xalça, şəkil, böyük heykəltaraşlıq nümunələri
ilə bəzədilməsi işini də həyata keçirir.
|