|
Bədii muzeylər wə qalereyalar
|
|
Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, II-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1967-ci il
Filiallar: Azərbaycan Dövlət Xalça Muzeyinin Şuşa f
ilialı (Şuşa şəhəri, Mehmandarov
küç.,18) |
Qısa məlumat: Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin
nadir toplusu Azərbaycan xalqınm milli
mədəniyyətinin yeganə zəngin xəzinəsidir. Bu
muzeydə Azərbaycan xalqının milli mədəniyyətinin
və incəsənətinin daşıyıcısı olan, əsrlər boyu
yaratdığı qədim, əvəzsiz xalça və xalq tətbiqi
sənəti nümunələri ilə birgə müasir dövr rəssam
və xalq sənətkarlarının ən nümunəvi əsərləri də
toplanmışdır. Azərbaycan xalqmın maddi və mənəvi
irsini təşkil edən Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyi dünyada
xəzinəsindəki nadir xalçaların dəyərinə və
əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası,
xalça sənəti üzrə birinci, nüfuzlu,
ixtisaslaşmış muzeydir.
Azərbaycan xalçası Azərbaycan xalqının maddi və
mənəvi sərvəti olub, xalqın estetik
dünyagörüşünü, bədii istedadını, etnik
özünəməxsusluğunu və mədəni identikliyini əks
etdirir.
Arxeoloji materiallara əsasən Azərbaycanda
xalçaçılıqla hələ tunc dövründən (e.ə. II
minillik) məşğul olmuşlar. Azərbaycanda
xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi
Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə
də orta əsr ərəb tarixçilərinin
vəAzərbaycanşairlərinin Nizaminin (XII
əsr),Xəqaninin (XII əsr) əsərlərində məlumat
verilmişdir.
XIII - XIV əsrlərdə Azərbaycandan xarici
ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac
edilirdi. incə ornamentləri, zərif və nəfis
naxışları ilə diqqəti cəlb edən bu xalçalar
məşhur Avropa rəssamlarının əsərlərində öz
əksini tapmışdır. XV əsr Niderland rəssamları
Hans Memlinqin «Məryəm öz körpəsi ilə»
tablosunda «Şirvan» xalçası, Van Eykin «Müqəddəs
Məryəm» əsərində «Zeyvə» xalçası, alman rəssamı
Hans Holbeynin (XV əsr) «Səfirlər» əsərində
«Qazax» xalçasının təsvirləri verilmişdir.
Azərbaycan el sənətkarlarının yaratdıqları xalça
sənəti inciləri yüzilliklər boyu dünyanın bir
çox muzeylərini: Nyu-Yorkun Metropoliten,
Londonun Viktoriya və Albert, Sankt-Peterburqun
Ermitaj, Parisin Luvr və s. bəzəmişdir. Eləcə də
bu gün Azərbaycan xalçası və xalq tətbiqi sənəti
Dövlət muzeyində bu sənət incilərinin nadir
nümunələri ilə tanış olmaq olar. Muzeyin
ekspozisiyasında Azərbaycanın Quba, Bakı,
Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi
klassik xalça məktəblərinə məxsus olan xalçalar
öz kompozisiya və ornament quruluşlarına, eləcə
də rəng həllinə görə diqqəti cəlb edir. Qubada
toxunan xalçalardan -«Pirəbədil», «Qımıl»,
«Sırt-Çiçi» zərifliyi, rəsm və naxış elementləri
ayrıntılarının nəcibliyi, səthə taxılmış kimi
görünən - toxunması belə hiss olunmayan
elementləri, xırdalanmış cizgi rəsmi, yığcam
rəng qammaları ilə insanı heyran edir. Şirvan
xalçalarından - «Muğan», «Şilyan» bir növ ilk -
qədim xalçalarımıza oxşayır. Bu xalçalarda qədim
xalça kompozisiyaları ciddi ritmlə realizə
edilir, sakit kolorit üstündür. Qarabağ
xalçaları - «Xanlıq», «Malıbəyli», «Ləmpə»də
yüksək kompozisiya ustalığı, ağlasığmaz
fantaziya, kolorit əlvanlığı ön planda dayanır.
Bakıda hazırlanan xalçalardan - «Xilə -
Buta»nın, «Novxanı»nın, «Fatmayi»nin zərif cizgi
rəsmi, mürəkkəb ornamentləri vardır. Olduqca
böyükşərtiliyəəsaslanan «Faxralı», «Şıxlı»,
«Borçalı», «Qaçağan», «Qədim Göyçə»,
«Dəmirçilər» kimi Gəncə və Qazax məktəblərinə
aid xalçalarda əsasən naxışların həndəsi
üslubuna daha çox üstünlük verilir. Bu naxışlar
kainatın sirlərini, mistik təsəvvürləri damğalar
və cizgilərin dili ilə bizlərə yetirirlər.
Təbriz xalçalarından - «Sərabi», «Əfşan», «Ləçək
- Turunc»da dairəvi və ya spiralvari plastik
formaların dekoru, dünyanm əbədiliyi, gözəlliyi
və həyat ritmi haqqında təsəvvür yaradır.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi Azərbaycanın məhz belə nadir sənət
nümunələrini öz kolleksiyasında toplamışdır.
Bundan başqa muzeyin ekspozisiya və fondlarında
palas, cecim, kilim, şəddə, zili, ladı, vərni və
sumax daxil olan bir-birindən rəng çalarları,
çeşniləri və texnoloji toxunma üsulları ilə
seçilən xovsuz xalçalar, məişətdə geniş uteletar
əhəmiyyət kəsb etməklə yanaşı yaraşıqlı bəzək
elementləri ilə toxunulmuş məf rəş, xurcun,
heybə, çanta, çul, xaral və s. kimi xalça
məmulatları da toplanmışdır. Muzeyin zəngin
kolleksiyasında qiymətli metaldan hazırlanmış
zərgərlik məmulatları, ziynət əşyaları və soyuq
silahlar; çini, kağız, şüşə, ağac və daş
üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə,
parça və kişi, qadın, uşaq milli geyimləri;
zərif naxışlı bədii metal məmulatları və s. kimi
xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir.
Onların içərisində tunc dövrünə aid edilən tunc
və keramikadan düzəldilmiş, üzəri həndəsi və
zoomorf naxışlarla bəzədilmiş qablar, silahlar,
bəzək əşyaları və s. arxeoloji nümunələr, XIV
əsrə aid bədii metal və s. daha çox diqqəti cəlb
edir. Muzeyin ekspozisiyasında toxuculuğun
müxtəlif üsullarını, 10-dan artıq toxunma
növünü, onun sirlərini öyrənmək və əyani tanış
olmaq olar. Muzeyin nüfuzlu elmi mərkəz kimi
tanınması onun beynəlxalq miqyasda ekspert kimi
çıxış etməsinə imkan verir.Muzeyin zəngin maddi
və elmi bazası əsasında 1983-1988-d və 2003-cü
illərdə «Şərq xalça sənəti», «Azərbaycan xalça
sənəti» və «Azərbaycan xalçası və xalq tətbiqi
sənəti» mövzularında I, II və III beynəlxalq
simpoziumlar keçirilmişdir.
Azərbaycanın mədəni irsinin uzaq və yaxm xaricdə
təbliğ edilməsi məqsədilə muzey Respublikada və
30-dan artıq xarici ölkədə xalça və xalq tətbiqi
sənətinə aid sərgilər təşkil etmişdir. Bunlarm
sırasında Fransa, Avstirya, isveç, Danimarka,
Belçika, Hindistan, Yaponiya, israil, Böyük
Britaniya, Kuba, iran, Hollandiya, Komboca,
Madaqaskar, Türkiyə və s. ölkələri göstərmək
olar.
Muzeydə qonaqlara bəyəndikləri əşyanın önündə
rəngarəng və zövqlə tikilmiş Azərbaycan milli
geyimlərindən istifadə edərək xatirə olaraq foto
və video çəkilişlərin aparılması üçün şərait
yaradılmışdır. Muzeydə müxtəlif növ və çeşnidə
xalçaların toxunulması və suvenirlərin
hazırlanması üçün sifarişlər qəbul olunur, xalça
və xalq tətbiqi sənətinin müxtəlif mövzularına
dair mühazirələr, ekskursiyalar, müsabiqə,
sərgilər eləcə də xalça toxunan bölgələrə
etnoqrafik turlar təşkil edilir. Muzey buklet,
bələdçi, kataloq və s. materiallar nəşr edir.
Muzeyin zəngin elmi bazası əsasında müxtəlif
mövzularda təhsil, folklor proqramları təşkil
olunur. Bu proqramlarda maraqlı etnoqrafik
səyahətlər, milli xalq ənənəsi üslubunda bədii
gecələr və s. təşkil edilir. Eyni zamanda gənc
nəslin tədris proqramında yaxından iştirak
etmək, onların estetik zövqünün inkişafı,
tarixi-bədii ənənələrimizin öyrədilməsi, təsviri
sənət, bədii tikmə sənəti, xalça toxuma
ənənələrinin incəliklərinin öyrədilməsi
məqsədilə muzey təhsil proqramı hazırlamış və bu
proqram əsasında da məktəblilərlə iş aparır.
Muzeyin Şuşa filialı Şuşanın işğalından sonra,
1992-ci ildən etibarən öz fəaliyyətini Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyində davam etdirir.
|