|
Bədii muzeylər wə qalereyalar
|
|
Rüstəm Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyi |
| |
Ünvan: Bakı, AZ1001, Niyazi küç. 9/11
Telefon: (99412)
492 5711; 492 57 89 |
| |
İş vaxtı: 10°°-dan - 18°°-dək, II-VII günlər
Mənsubiyyəti: Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi
Yaranma tarixi: 1936-cı il |
Qısa məlumat: Azərbaycan Dövlət incəsənət
muzeyi qədim əsrlərdən müasir dövrə qədər
yaradılmış təsviri və dekorativ-tətbiqi sənət
əsərlərinin toplusudur. Təsviri incəsənətin
bütün növlərini özündətam dolğunluğu ilə əks
etdirən muzeydə Azərbaycan, qərbi Avropa, Rus,
Şərq ölkələri incəsənəti nümayiş olunur.
Muzey 1920-ci ildə təşkil edilmiş və hal-hazırda
XIX əsrin axırlarında inşa olunmuş memarlıq
abidələri olan iki binada məskunlaşmışdır.
Muzeyin ekspozisiyası tarixi xronoloji
ardıcıllıqla ölkələr üzrə qurulmuşdur. Qərbi
Avropa: italiya, Flandriya, Hollandiya,
Almaniya, Fransa incəsənəti muzeydə LBassano,
F.Solimena, A.Brauver, Y.Sustermans, P.KIass,
A.F. Kaulbax, J.Dyüpre, Q.Dyüqe və XVI-XIX
əsrlərin başqa məşhur sənətkarlarının əsərləri
təmsil edir. Rus boyakarlıq məktəbi XVIII-XIX
əsrin tanınmış rəssamlarının - V.Borovikovski,
N.Arqunov, V.Tropinin, İ.Şışkin,V.Vereşşagin,
İ.Ayvazovski, K.Korovin, və s. əsərləri ilə
təqdim olunur. Azərbaycan incəsənəti
ekspozisiyası tamaşaçmı köklərini qədim
dövrlərdən götürən Azərbaycan təsviri
incəsənətinin müasirliyə qədər keçdiyi inkişaf
yolunda yaradılmış nəfis sənət nümunələri ilə
tanış edir. Burada arxeoloji qazmtılar zamanı
Mingəçevir və Xanlar rayonları ərazisindən
tapılan, er.ə. VI-IV minilliklərə aid edilən
məişət əşyaları, XI-XIX əsrlərin kaşı, bürünc,
mis məmulatları, Quba, Təbriz, Bakı, Şirvan,
Qarabag, Qazax kimi xalça mərkəzlərində toxunmuş
xalçalar, şəbəkə, döymə, oyma üslublarında
yaradılmış zərgərlik nümunələri sərgilənir.
XV-XVI əsrlərdə yüksəliş dövrünü yaşamış, dünya
incəsənəti tarixinə Soltan Məhəmməd, Məhəmmədi,
Sadiq bəy Əfşar kimi dahilər bəxş etmiş
Azərbaycan miniatür sənəti sonrakı yüzilliklərdə
yeni formalar aşılayaraq inkişaf etmişdir.
Ekspozisiyada XVII-XIX əsrlərdə yaradılmış
dəzgah və kitab miniatürləri nümayiş olunur.
XIX əsr Azərbaycan təsviri incəsənətində realist
çalarlar güclənir və bu dövrdə yaradılmış
boyakarlıq və kitab qrafikası əsərlərində
realist üslublar miniatür sənətinə xas olan
şərti formalarla uyğunlaşdırılırdı. Bu yeni
çalarlar XIX əsrin görkəmli f ırca ustaları
Mirzə Qədim irəvani, Mir Mövsün Nəvvab, Abbas
Hüseynin əsərlərində öz təzahürünü tapmışdır.
Realist təsvir formaları XX əsrin əwəllərində
yaşayıb yaratmış Bəhruz Kəngərli, Əzim
Əzimzadənin yaradıcılığında daha qabarıq hiss
olunurdu. Azərbaycan incəsənətinin mühüm və ən
geniş yayılmış növlərindən olan xalça sənətinin
nəfis nümunələri, müxtəlif dövrlərdə toxunmuş
xovlu və xovsuz, mövzulu və ornamental xalçalar
ekspozisiyada əhatəli təqdim olunur. Dünyanın ən
iri muzeylərində - ingiltərənin Viktoriya və
Albert, Rusiyanın Ermitaj, Fransanın Luvr,
Amerikanın Tekstil, Türkiyənin Topqapı sarayı
muzeyi - sərgilənən, H.Holbeyn, H.Memlinq kimi
rəssamların əsərlərində əksini tapan Azərbaycan
xalçaları Dövlət incəsənət Muzeyinin də
bəzəyidir. Ekspozisiyada mövzulu xalçalardan
"Dörd fəsil" (Təbriz), "Dərvişlər" (Təbiz),
"Ovçuluq" (Qarabağ), ornamental xalçalardan
"Əlixanlı" (Quba), "Pirəbədil" (Quba),
"Suraxanı" (Bakı), "Şamaxı" (Şamaxı) kimi nadir
sənət nümunələri göstərilir.
Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri öz
heyrətamiz gözəlliyi və işlənmə texnikalarına
görə dünya sənət tarixinin qızıl fonduna daxil
olmuşlar.
Müasir Azərbaycan təsviri incəsənəti
(boyakarlıq, heykəltaraşlıq, qrafika,
dekoratif-tətbiqi sənət) ekspozisiyası
tamaşaçını məşhur sənətkarların və cavan
rəssamların yaradıcılığını təmsil edən son
onilliklərdə yaradılmış əsərlərlə tanış edir.
Azərbaycan Dövlət incəsənət Muzeyinin zəngin
toplusu keçmişin nadir bədii abidələrini
görməyə, müasir sənətin xüsusiyyətlərinin
açıqlanmasına imkan verir.
|