|
Beynəlxalg Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi
|
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi tərəfindən
1993-cü ildən etibarən Beynəlxalq Muzeylər
Şurasının Azərbaycan Milli Komitəsi təsis
edilmişdir. Milli Komitə yarandığı gündən
Azərbaycan muzeyləri ilə beynəlxalq muzeylər
arasında Azərnaycanın mədəni irsinin
tanıdılması məqsədilə sıx əməkdaşlıq əlaqələri
yaradıb, Paris, Stavanger, Melburn, Barselona,
Seul, Vaşinqton, Şanhay, Vyana, Nayrobi, Abudja,
Edinburg, Nafplion, Barbados, Moskva,
St.Peterburg
kimi xarici ölkə şəhərlərində keçirilən
konfrans, treninq və s. tədbirlərdə
Azərbaycandan R.Mustafayev adına Azərbaycanda
Dövlət İncəsənət Muzeyi, L.Kərimov adına
Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət
Muzeyi, S.Vürğunun ev muzeyi, "Şirvanşahlar
Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıg Qoruq
Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bədii
Sərgi Salonunun əməkdaşları iştirak ediblər.
Eyni zamanda ötən illər ərzində YUNESKO - İCOM
tərifindən Azərbaycanda 7 beynəlxalq miqyası
konfrans, dəyirmi masa, seminar keçirilmişdir.
Azərbaycanda muzey
işinin təkmilləşdirilməsi sahəsində görüləcək işlər üçün
İCOM-un
Azərbaycan Milli Komitəsinə Açıq Cəmiyyət İnstitutu Yardım
Fondu və YUNESKO tərəfindən 10-dan artiq qrant ayrılmışdır.
Qazandığı beynəlxalq
təcrübədən çıxış edərək Azerbaycanda muzey işinin yeni
istiqamətlərinin müəyyənləşdirilməsi, yeni muzey siyasətinin
həyata keçirilməsi və işğal edilmiş ərazilərdə qalan mədəni
irsimizin müdafiə edilməsi məqsədilə Milli Komitənin həyata
keçirdiyi işlərə daim YUNESKO tərafindən motodiki yardım
qöstərilmişdir.
Buna misal olaraq
işğal olunmuş ərazilərdə qalan sənət əsərlərinə həsr olunan
lefletin və "Mədəni irsin qorunmasına dair normativ hüquqi
aktlar toplusu"nun nəşrini göstərmək olar.
Beynəlxalq Muzeylər
Şurası Azərbaycan Milli Komitəsi tərəfindən nəşr olunmuş
"Baki muzeyləri" bələdiçinin və eyni adlı veb-saytının və
"Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tədbiqi
Sənəti Dövlət Muzeyi" adlı virtual CD-disk hazırlanıb.
|